AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, terrorçular Palmiranı tərk edərkən, şəhəri minalayıblar. Rusiya Müdafiə Nazirliyi bildirib ki, döyüşçülər geri çəkilmədən öncə, tarixi memarlıq abidələrini bacardıqları qədər dağıtmağa çalışıblar.
Hazırda Suriya hərbçiləri şəhəri minalardan təmizləməyə başlayıblar. Palmira amfiteatrının səhnəsinin mərkəzi hissəsi dağıdılıb. Ora partladıcı qurğular yerləşdiriblər.

