Füzulidə yanğın

3 Mart 2017 09:21 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Füzuli rayonu,1-ci Qaydış qəsəbəsində (növbə çəkən avtomobildən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü yanıb.Yanğından tikilinin qalan hissəsi və bitişik tikililər mühafizə olunub. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.