Azərbaycanın ən qalmaqallı verilişi bağlandı

3 Mart 2017 09:38 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, bu barədə verilişinin aparıcısı Yeganə Cansail məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın tək realiti şousu yayımını dayandırıb:

““Ferma” bağlandı. Bilirəm, sevinənlər çoxdur. Gözlərinin içinə baxanda hiss edirəm. Amma ilk uzunmüddətli aparıcısı olduğumu veriliş idi. 3 il əvvəl... Bu qədər tamaşaçı topladıq, bu qədər sevgi...Sizin gözlərinizin içindəki o paxıllıq dolu sevinc bizim tamaşaçıların ürəyinə qurban olsun”.

Xatırladaq ki, qalmaqallı verilişdə iştirakçılar arasında böyük mübahisələr baş vermiş, “Ferma” MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.

AzNews.az