Göygöldə silah-sursat tapılıb - Foto

3 Mart 2017 09:50 (UTC+04:00)

AzNews.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, dərhal əməliyyat qrupu sözügedən əraziyi baxış keçirib.

Baxış zamanı oradan döyüş üçün yararlı odlu silahlar, onların patronları, alışqan maddələr və digər təhlükəli sursatlar aşkarlanaraq götürülüb. Tapılan odlu silahlar döyüş üçün tam yararlıdır. Onlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmaması hələlik məlum deyil.

Polis bu istqiamətdə araşdırmalarını davam etdirir.

Nəriman Məmmədzadə - Təhqiqatçı: "Oradan 1 ədəd AKM markalı avtomat, 1 ədəd qundağı kəsilmiş ov tüfəngi, 1 ədəd beşaçılan tüfəng, 1 ədəd “Valtro” markalı tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd minamyot mərmisi, 2 ədəd hərbi təyinatlı işıq və tüstü buraxıcı füşəng, 1 qutu alışdırıcı tratil, 1 ədəd “Makarov” tapançasının sandığı, 7 ədəd “Kalaşnikov” avtomatının sandığı, 1 ədəd əl qumbarası və onun 4 ədəd başlığı və xeyli irili-xırdalı patron aşkarlanaraq götürülüb".

Faktla bağlı ekspertiza təyin olunub.