“Kitayski Qelendvagen”in Azərbaycanda qiyməti neçəyədir?

3 Mart 2017 11:11 (UTC+04:00)

Trend-in əldə etdiyi məlumata görə, "Kitayski Qelendvagen" kimi tanınan Baic BJ 80 markasının Azərbaycan avtomobil bazarında qiyməti 76 000 AZN təşkil edəcək.

Azərbaycana gətirilən digər marka Baic X25-in qiymətinə gəlincə, 27 500 AZN, X55 modelinin qiyməti isə 30 000-35 000 AZN arasında dəyişəcək.

Xatırladaq ki, bu gün "Sirena Motors"un Babək prospektində yerləşən sərgi satış salonunda Baic BJ 80 Baic X25 və Baic X55 modellərinin möhtəşəm təqdimat mərasimi keçiriləcək. Bundan əlavə, yenilənmiş Baic markasının D 20, Bj 40 və M 20 modelləri də nümayiş olunacaq. Bədii və rəsmi hissədən ibərət olan təqdimat mərasiminə qatılan hər bir şəxsi sürpriz və hədiyyələr gözləyir.

AzNews.az