Rusiyadan OPEC-ə - Xəbərdarlıq

3 Mart 2017 13:32 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Reuters" agentliyinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, hazırda anlaşmanın uzadılması barədə danışmaq üçün tezdir. Əvvəlcə onun qlobal neft ehtiyatlarına təsirinin öyrənilməsi lazımdır.

"Bizim hesablamalara görə, əgər anlaşma uzadılamsa, o zaman Rusiya hasilatı 548-551 mln. tona çıxaracaq", - deyə nazir vurğulayıb. Qeyd edək ki, Rusiya 2016-cı ildə 547,5 mln. ton neft hasil edib. Analitiklər anlaşmaya qoşulan ölkələrdən hər hansı birinin öhdəliyinə əməl etməməsi durumunda onun qüvvədən düşəcəyindən ehtiyat edirlər.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclası mayın 25-də keçiriləcək. Bu sammitdə anlaşmanın uzadılıb-uzadılmaması məsələsi müzakirə olunacaq. Son məlumatlara görə, hazırda OPEC anlaşma şərtlərinə 94%, qeyri-OPEC ölkələri isə 60% əməl edib. Ən az hasilatı azaldan ölkələrdən biri isə məhz Rusiyadır. O, 300 min barel əvəzində hasilatı fevral ayının yekunlarına əsasən 121 min barel azaldıb və öhdəliyinə 40% əməl edib. Bununla yanaşı, Rusiya ixracını 66 min barel/gün artırıb.

A.Novak həmçinin ABŞ-da gündəlik hasilatı ilə bağlı artım proqnozunu 300-400 min barel/gündən 400-500 min barel/günə yüksəldib.

AzNews.az