Ruslanadan sonra, “Anadolu Atəşi Troya”nın konserti olacaq - EKSKLÜZİV

31 Yanvar 2013 15:35 (UTC+04:00)
Bir müddət əvvəl Ukraynada məşhur müğənni Ruslanıanın solo konsertini təşkil edən tanınmış təşkilatçı Səlahəddin Atalay növbətini ideyasını gerçəkləşdirəcək.

AzNews.az-ın məlumatına görə, S.Atalay aprelin 13-ü və 14-də paytaxt Kiev şəhərində ən böyük konsert salonlarının birində məşhur "Anadolu Atəşi Troya"nın iki günlük konserti təşkil edəcək.

Təşkilatçı bildirib ki, "Anadolu Atəşi Troya" 90 nəfərlik qrup heyəti ilə təmsil olunub. Onlar 3620 nəfərlik salonda konsert proqramıyla çıxış edəcəklər.

Qeyd edək ki, təşkil etdiyi davamlı konsertlər onun Azərbaycanı Ukraynaya dəyişməsini göstərir.

Fuad Mədətov
AzNews.az