Lavrov Rusiyanın ABŞ-dakı səfiri ətrafındakı qalmaqal barədə: “Bu cadügər ovudur”

3 Mart 2017 15:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Sergey Lavrov bu qalmaqalı “cadügər ovu” adlandırıb:

“Səfirlər təyin edilir, münasibətlər görüşlərlə tənzimlənir. Bu görüşlər icraedici orqan rəhbərlərindən tutmuş, parlamentarilərə qədər hər kəsi əhatə edə bilər. Ona görə də, bununla bağlı bu gün KİV-də yayılan “cadügər ovu” bənzətməsi ilə kifayətlənə bilərəm.”

Bundan əvvəl, ABŞ-ın baş prokuroru Ceff Senşlə bağlı yaranan narazılığı prezident Donald Tramp da “cadügər ovu” adlandırmışdı.

Xatırladaq ki, ABŞ-ın baş prokuroru Ceff Senşs ötən il, prezident seçkilərinin təşviqatı zamanı Rusiyanın ölkəsində səfiri Sergey Kislyakovla 2 dəfə görüş keçirib. The Wall Street Journal nəşrinin yazdığına görə, Senşs görüşlərin birində Kislyakovla ABŞ-da prezident seçkilərini müzakirə edib.