Köhnə məhkum yenidən oğurluğa görə saxlanıldı - Binəqədidə

3 Mart 2017 16:42 (UTC+04:00)

ARB TV xəbər verir ki, dərhal araşdırmalara başlayan əməliyyatçılar cinayəti törətməkdə şübhəli bilinən əslən Laçın rayonundan olan, hazırda isə paytaxtın Binəqədi rayonunda yaşayan 43 yaşlı Bəhram Mehralıyevi saxlayıblar.

Araşdırma zamanı məlum olub ki, o, 2016-cı il ərzində Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindən ayrı- ayrı vaxtlarda 3 dəfə də oğurluq edib. Mehralıyev eyni əməlinə görə, əvvəllər 8 il həbsdə olub.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

AzNews.az