Qadın əvvəlcə oğlan, 1 həftə sonra isə iki qız uşağı dünyaya gətirib

3 Mart 2017 17:37 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çində Çen soyadlı qadın üçəm uşaqlara hamilə olub. Fevralın 21-də doğuşa girən Çenin oğlu dünyaya gəlib. 1 həftə sonra – fevralın 28-də qadın təkrar doğuşa girərək əkiz qızlarını dünyaya gətirib. Maraqlıdır ki, qızların ikisinin 1 cifti, oğlanın isə ayrıca cifti olub.

Məlumata görə, qadın 2012-ci ildə ailə qurub və uzun müddət hamilə qala bilməyib. Müalicə kursu keçdikdən sonra üçəm uşaq gözləyən qadının hamiləliyi normal keçib.

Fevralın 21-də oğlu dünyaya gəldikdən sonra sancıları dayanan Çen təkrar sancıları gözləmək üçün palataya göndərilib. 1 həftə sonra yenidən sancıları artan qadın digər 2 övladını da dünyaya gətirə bilib. Doğulan oğlanın çəkisi 1,44 kq-dır. Qızların da çəkisi hələ ki 2 kq-ı keçməyib. Hər üç körpə reanimasiyada həkim nəzarətində saxlanılır.