Rusiya generalı ağır yaralanıb - Suriyada

3 Mart 2017 17:43 (UTC+04:00)

APA-nın “fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Palmira yaxınlığında minaya düşüb. Nəticədə ayaqlarını və bir gözünü itirib.

Sayt hadisənin 1 həftə əvvəl baş verdiyini və generalın Moskvadakı Burdenko adına hospitala gətirildiyini yazıb. “O, bizdədir. Bundan artıq nəsə deməyə hüququmuz yoxdur”, - deyə hospitalın 56-cı şöbəsindən bildirilib.

AzNews.az