Nadir Qafarzadədən onu təhqir edənlərə mesaj: “Sizin kimi arvadımı, bacımı küçələrə buraxmamışam”

3 Mart 2017 17:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ancaq instaqram səhifəsinin olduğunu deyən sənətçi Facebook sosial şəbəkəsində onun adına səhifə açıb, paylaşım edənləri alçaq adlandırıb: “Ey alçaqlar. Bir özünüzə baxın, sonra kimisə müzakirə edin. Həyatda heç nəyə nail olmayan adamcıqlar, namusdan, qeyrətdən xəbəri olmayanlar,görəsən, yazdığınız təhqirləri mənim üzümə deyə bilərsiniz? Əlbəttə ki yox. Çünki bunu etmək üçün “monitor” yox, əsl qəhrəman olmaq lazmdır ki, o da sizdə yoxdur. Allahım məndən heç nəyi əsirgəməyib. Bəziləri kimi arvadımı, bacımı küçələrə buraxmamışam. Arvad hesabına kişi olmamışam. Kişi olan şəxs monitor arxasında kişilik nümayiş etdirməz. Sözü olan üz-üzə, göz- gözə deyər. Çox təəssüf ki, bəzi monitor alçaqlarının içərisində kişi görmədim. Məni görəndə bilmirsiz haramdan girib, haramdan çıxasınız. Amma arxamca danışırsınız.”

Nadir Qafarzadə bütün bunlardan sonra onu təhqir edənlərdən zəng gözlədiyini və həmin şəxslərlə görüşməyə hazır olduğunu deyib.

Bahar RÜSTƏMLİ

AzNews.az