Erməni hərbçilər cəbhədə baş verən partlayışda yaralanıb

3 Mart 2017 18:25 (UTC+04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib.

Müxtəlif dərəcəli xəsarətlər alan müddətli hərbi qulluqçular Ermənistan Müdafiə Nazirliyinin xəstəxanasına yerləşdirilib. Onların sayı açıqlanmır.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı hərbi qulluğa səhlənkar yanaşma maddəsi ilə cinayət işi açıb.

AzNews.az