Gülər Əhmədova “ağzını açdı"...

31 Yanvar 2013 15:42 (UTC+04:00)


Sabiq millət vəkili Gülər Əhmədova yeni sayt açması barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Bu barədə APA-ya açıqlama verən G. Əhmədova qeyd edib ki, bu barədə yayılan informasiyalar tamamilə yalandır:

"Zamanında mənim qəzetim də, saytım da olub. İstəsəydim, elə onların fəaliyyətini davam etdirərdim. Yeni sayt açmağa nə gərək var idi ki?"

G. Əhmədova bildirib ki, yeni yaradılan "jur.az" saytının onunla heç bir bağlılığı yoxdur, müəyyən qüvvələr bu kimi məlumatların yayılmasında maraqlıdır:

"Mən bunu özümə qarşı təxribat kimi qiymətləndirəm. Belə xəbərlərin yayılmasında məqsəd mənimlə bağlı aparılan istintaqı yanlış istiqamətə yönəltməkdir. Mən həqiqətdən uzaq olan bu məlumatları yayan insanlara səslənirəm: Bu qədər şərəfsizlik etmək olmaz! Bir daha deyirəm ki, o saytın mənə heç bir aidiyyəti yoxdur. Bildiyimə görə, həmin saytı vaxtilə mənim rəhbəri olduğum "Mərkəz" qəzetində çalışmış Coşqun Əliyev açır. Bunun mənə nə aidiyyəti ola bilər? Adam vaxtı ilə mənimlə işləyib, indi gedib özünə sayt açıb. Bundan mənə nə?"