Polis rəisi görüşə gəlmədi

31 Yanvar 2013 15:51 (UTC+04:00)




Xətai rayonu Cavanşir 38 ünvanındakı qəzalı vəziyyətə olan yataqxanada yaşayan 80 ailənin aksiyalarının davamlı olmasını qarşısını almaq üçün polis hərəkətə keçib. AzNews.az-a daxil olan məlumata görə, sakinlərə Xətai rayon polis idarəsinin 36-cı polis bölməsinin rəhbərliyinin onlarla görüşəcəyi bildirilib.

Lakin bu dəqiqələrə qədər sakinlərlə planlaşdırılan görüş hələ keçirilməyib. Polis bölməsinin rəisinin sakinlərlə şəxsən görüşəcəyi bildirilsə də, rəis hələ də aksiyaçıların görüşünə gəlməyib.

Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, dünən keçirilən aksiyadan sonra polis əməkdaşları binaya bağlanan qara parçaları da çıxararaq, sakinlərə aksiyanın başqa formasını tapmağı təklif ediblər.

Elnarə Əlosmanqızı
AzNews.az