Tom Henks Ağ evə qeyri-adi hədiyyə göndərdi - Foto

3 Mart 2017 22:29 (UTC+04:00)

AzNews.az The Guardian -a istinadən xəbər verir ki, aktyor qəhvə bişirən aparat hədiyyə edib.

Bu Tomun ilk belə hədiyyəsi deyil. Bu ənənə 2004-cü ildə Corc Buş kiçik prezident olduğu dövrdə başlayıb.

Tom hədiyyənin yanında onun sevimli çap maşınında yazdığı məktub və Amerika hərbçilərinin şəklini də yollayıb.

“Ağ evdə çalışan jurnalistlərə... Həqiqət, Ədalət və Amerika üçün mübarizəni davam etdirin. Xüsusən də Həqiqət üçün ” - aktyor mesajında belə qeyd edib.

Qeyd edək ki, prezident seçkiləri ərəfəsində Tom Hilari Klintonu dəstəklədiyini bildirmişdi. O, həmçinin bir neçə dəfə hazırki prezident Donald Trampı tənqid edib.