Dollar martın 15-dən bahalaşacaq

3 Mart 2017 22:45 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə FED-in rəhbəri Canet Yellen bildirib.

“Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq”, deyə C.Yellen vurğulayıb.

Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.