ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək - Tillerson

3 Mart 2017 23:31 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər prosesin sülh yolu ilə nizamlanmasının irəliləməsi üzrə fikir mübadiləsi aparıblar.

"Vyanada və Sankt-Peterburqda əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyini vurğulanıb. Dövlət katibi Tillerson bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək", - məlumatda deyilir.