Neftçalada 28 yaşlı gənc intihar edib

4 Mart 2017 08:58 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qədimkənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elsevər Soltanəziz oğlu özünü yaşadığı evin həyətində asıb. İyirmi səkkiz yaşlı sakinin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.