Maşın kanala aşdı - Sürücü öldü

4 Mart 2017 10:44 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Aşağı Seyfəli kəndində “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək kanala düşüb.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Abbasov Fəxrəddin Abbas oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.