Keçmiş məhkumdan tapança götürülüb

4 Mart 2017 11:24 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Allahverdiyev saxlanılıb.

Ondan nömrəsi silinmiş "Naqan" markalı tapança və 8 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.