“Prezidentin xarici səfərləri Azərbaycanın dünyada yerini nümayiş etdirir” - Novruz Məmmədov

4 Mart 2017 11:31 (UTC+04:00)

AzNews.az Trend-ə istinaadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov jurnalistlərə deyib.

N.Məmmədov əlavə edib ki, bu səfərlər həm müxtəlif beynəlxalq tədbirlər, həm də ikitərəfli münasibətlər çərçivəsində Azərbaycanla əməkdaşlığın, Azərbaycanla əlaqələrin inkişafına böyük bir ehtiyacın olduğunu nümayiş etdirir:

"Yəni dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, Azərbaycanın yeri, mövqeyi görünür. Bu nöqteyi-nəzərdən Prezidentin son səfərlərinin əhəmiyyəti çox böyükdür".