Rəqsanədən şou-biznes nümayəndələrinə sərt cavab: “Ölürlər adamın..."

4 Mart 2017 12:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müğənni bu şəkillə bağlı onu tənqid edən şou-biznes nümayəndələrini nəslini, kökünü tanımamaqda ittiham edib:

“Bir millət olaraq niyə bu qədər bir-birimizin düşməniyik? Dəhşətdir ey. Hamilə olsam kimdən qorxuram? Bəsdirin, yığışdırın bu qeybəti, bir adamın arxasınca danışmağı, ağzınıza nə gəldi yazmağı yığışdırın. Ayıbdır. Nə qədər deyirsən cavab verməyəsən, heç nə deməyəsən yenə də omur. İnsanlığınız yoxdur? Sizə kim ixtiyar verib, nə gəldi yazasınız? Bu ağzına gələni yazanın arxivini araşdırsaq, o qədər zibilləri çıxar. Sadəcə tanınmış insanlara yazmaq elə bil adət halını alıb. Əl çəkin, gedin öz gününüzü ağlayın, öz problemlərinizi həll edin. Nə istəyirsiniz bu müğənnilərdən? Biz yaxşı millətik. Sadəcə içimizdən bir çoxu kökünü, nəslini tanımayan var oturub burda rəy bildirir, üzə çıxıb bir hünəri çatıb nəysə deyə bilməzlər. Arxada ölürlər adamın dalın yeməyə. Sizdən üzr istəyirəm.”

Rəqsanə İsmayılova qeyd edib ki, şou-biznesdə olan insanların bəzisi yemək qoxusuna yığışanlardandır: “İnsanlar var, hansı tanınmışın yaxşı pulu, kişisi, yaxud restoranı, nə bilim, ad-sanı varsa, az qalırlar bir yerinən girib bir yerindən çıxsınlar. Elə ki, kişi atır, restoran satılır, pulu qurtarır o adamdan üz cevirirlər. Ölürlər dalınca danışıb bəzilərinə girənlik etməkdən ötrü, bəsdirin”.

Bahar RÜSTƏMLİ

AzNews.az