Zibillikdən silah-sursat tapıldı

4 Mart 2017 12:35 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir şəhəri ərazisindəki məişət tullantıları sahəsindən 1 ədəd "AKM" markalı avtomat silahı, 1 ədəd "TOZ-8" və 1 ədəd "İJ-16" markalı nömrələri silinmiş tüfəng, 1 ədəd süngü bıçaq, 3 patron darağı və 270 ədəd müxtəlif çaplı patron tapılıb.