Avtomobil piyadanı vuraraq öldürdü

4 Mart 2017 12:56 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 3-də saat 19 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Zəyəm qəsəbə sakini Vidadi Vəliyev vurulub və o, hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.