PKK Suriya Kürdüstan Demokrat Partiyasının binasına silahlı hücum edib

4 Mart 2017 14:05 (UTC+04:00)

“Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçular binanı atəşə tutub, Məsud Barzaninin portretini dağıdıb, ofisi yarasız hala salıblar.

Ötən gün Mosulun Sincar rayonunda terrorçu PKK üzvləri ilə kürd silahlıları arasında da atışma olduğu barədə xəbər yayılmışdı. Həmin silahlı qarşıdurma nəticəsində bir terrorçu öldürülmüş, 4-ü isə yaralanmışdı.

AzNews.az