“Formula 1-ə giriş” adlı təlim keçirildi

4 Mart 2017 15:19 (UTC+04:00)

"Report"un məlumatına görə, "Formula 1-ə giriş" adlı təlim ilk dəfə təşkil olunub. Tədbir çərçivəsində marşallara builki dünya çempionatında baş verən dəyişikliklər, və Azərbaycan Qran Prisi ərəfəsində marşallıq fəaliyyətindən ətraflı bilgilər verilib. Bununla yanaşı, yeni seçilmiş marşallar təlim zamanı Formula 1 yarışının əsas xüsusiyyətləri və ümumilikdə marşallıq fəaliyyəti ilə yaxından tanış olublar.

BŞH-nin İdman əməliyyatları şöbəsinin və Bakı Marşallar Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev marşallar üçün yeni mərkəzin yaxın vaxtlarda istifadəyə veriləcəyini deyib. O bildirib ki, marşallar üçün təlimlər həmin mərkəzdə baş tutacaq. Orada 10-a yaxın təlim otağı, zəruri avadanlıqlar və praktika təlimləri üçün nəzərdə tutulan kiçik trek olacaq.

Qeyd edək ki, mövsümün ilk təliminə ümumilikdə 700-dən çox marşal qatılıb. Onların əksəriyyəti ötən ildən fəaliyyət göstərir. BMK-nın ulduz səfiri Murad Dadaşov da təlimə qatılıb. Marşallar proqramına qeydiyyat artıq başa çatıb və indiyədək 5 mindən çox şəxs marşal olmaq üçün proqrama müraciət edib.

AzNews.az