35 yaşlı kişi özünü öldürmək istədi

4 Mart 2017 16:30 (UTC+04:00)

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Tağı Arani küçəsində, "Dubay bazarı"nın yaxınlığındakı yaşayış massivində qeydə alınıb.

Belə ki, 35 yaşlı Fariz adlı şəhər sakini intihar məqsədi ilə elektrik dirəyinə çıxıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicələri və polis əməkdaşlarının müdaxiləsi nəticəsində fikrindən daşındırılıb və intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az