Ağır yol qəzası - 12 ölü, 50 yaralı

4 Mart 2017 17:21 (UTC+04:00)

“Report” “France Press”ə istinadən xəbər verir ki, bu barədə yerli xilasedicilər məlumat verib.

“On nəfər hadisə yerində, bir nəfər xəstəxanaya aprılarkən yolda, bir nəfər isə xəstəxanada ölüb”, - deyə xəstəxanadan bildirilib.

Xilasedicilərin verdiyi məlumata görə, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.

Şahidlər bildirib ki, avtobusun sürücüsü sükan arxasında yatdığından qəza baş verib.

AzNews.az