800 uşağın basdırıldığı yer aşkarlandı - Foto

4 Mart 2017 23:26 (UTC+04:00)

Milli.Az bildirir ki, Qoluey qraflığındakı Tuam şəhərinin yaxınlığında, "Bon Secours Mother and Baby Home" katolik uşaq sığınacağının bağında 800 uşağın qalıqları çıxarılıb. 20 məzarda dəfn olunmuş uşaqlar 8 ay-3 yaş arasında olublar. Uşaqların əksəriyyəti xəstəlikdən və daim yarıac qalmaqdan ölüblər.

Kilsənin himayəsində olan sığınacaqların fəaliyyətini araşdıran komissiyadan verilən məlumata görə, 1925-1998-ci illərdə İrlandiyada 18 belə qurum olub. Mütəxəssislər ekspertiza aparmaq üçün kütləvi məzarlıqdan sümük fraqmentləri və torpaq nümunələri götürüblər.

Sığınacaq əvvəllər "Bon Secour" katolik ordeninə məxsus olub və 1961-ci ildə qapadılıb. Ekspertlərin fikrincə, uşaqlar 1950-ci illərdə vəfat ediblər.

AzNews.az