Bakıda 3 otaqlı ev yanıb

4 Mart 2017 23:46 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan 3 otaqlı mansardın yanar konstruksiyaları 118 m2 sahədə yanıb. Mənzil və mansardın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ​