Azərbaycanlı nazirin nəvəsinin fotoları yayıldı - İlk dəfə (Foto)

5 Mart 2017 12:30 (UTC+04:00)

AzNews.az baku.ws-ə istinadən xəbər verir ki, ölkəmizi "Eurovision" yarışmasında təmsil etmiş müğənni ilk dəfə oğlunun üzünü izləyənlərinə göstərib. Bununla yanaşı, Safurə oğlu İsgəndər üçün Instagram-da hesab da açıb. Həmin hesabda İskəndər Əliyevin fotoları paylaşılıb.

Qeyd edək ki, müğənni bir neçə il öncə energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlənib. Ailə qurduqdan sonra səhnədən uzaqlaşan və İstanbulda yaşayan S.Əliyevanın bir oğlan övladı var. O, Türkiyədə gözəllik salonu və rəsm qalereyası açıb.