Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək

5 Mart 2017 17:19 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçiridiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir:

"İran Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək".