Bakıda bayram çadırları quruldu - Video

5 Mart 2017 20:13 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bayram çadırları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyaların yaxınlığında yerləşir. Məqsəd sakinlərin bayram alış-verişini asanlaşdırmaqdır.

28 May metrostansiyasının qarşısında qurulmuş bu çadırda bayramlıq məhsulların qiymətləri ilə maraqlandıq. Burada şirniyyatlar, müxtəlif suvinerlər,güllər,ətirlər,eləcədə qab-qacaq satılır. Satıcılar deyir ki, burdakı qiymətlərlə bazardakılar arasında 15-20 faiz fərq var. Məsələn şirniyyatlar 5-12, suvunerlər 3-5, hədiyyəlşk məhsullar 5-30, Səməni 80 qəpiklə -2 manat arasında satılır.

Metronun elmlər akademiyasının qarşısında da bayram çadırı qurulub. Burada əsasən müxtəlif hədiyyəlik əşyalar satılır.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, hazırda paytaxtda 5 yerdə belə çadırlar qurulub və bunların sayı artırılacaq. Bayram Çadırları martın 25-ə qədər fəaliyyət göstərəcək.