“Daş yuxular”da Hüseynbala Mirəlomovun «bostanına daş atılıb»?

31 Yanvar 2013 17:28 (UTC+04:00)
Xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" romanı ətrafındakı qalmaqal bir qrup gəncin yazıçının evi qarşısında aksiya keçirməsinə qədər böyüdü. Əkrəm Əylislinin adıçəkilən romanı ətrafındakı müzakirələr ölkə gündəmini dəyişməklə yanaşı insanları da iki düşərgəyə bölüb.

İndi bəziləri romanı oxumadan belə onun müəllifini "erməni" adlandırır, digərləri isə hələ gözləmək lazım gəldiyini söyləyirlər. Buna baxmayaraq artıq bir çox yazıçılar və ədəbiyyat adamları "Daş yuxular"la bağlı mövqelərini açıqlayıblar.

Amma nədənsə bu roman haqqında fikir mübadiləsi aparanlar arasında dramaturq, millət vəkili Hüseynbala Mirələmovu görmədik. Görünür, onun Əkrəm Əylisinin "Daş yuxuları"nda nələrin yer almasından xəbəri var. Romanla tanış olduqdan sonra bu məsələyə də aydınlıq gəlir. Belə ki, aydın olur ki, yazıçı burada Mopasan Mirələmov və Nuvariş Qarabağlı adlı iki obrazın dilindən danışır. Bunlar bizə həmin obrazların real cəmiyyətdəki kimliklərindən xəbər verir. Sən demə, Əkrəm bəy Mopasan Mirələmovla Hüseynbala Mirələmovun və Nuvariş Qarabağlı obrazıyla isə xalq artisti Nurəddin Mehdixanlının obrazını verib.

Qarşı tərəfin də mövqeyini öyrənmək istəsək də Hüseynbala Mirələmovun telefonunun bağlı olması səbəbindən bunu edə bilmədik.

Orxan
AzNews.az