Hindistanın Azərbaycandakı səfirliyi bağban axtarır

6 Mart 2017 09:26 (UTC+04:00)

“Report” xəbər verir ki, səfirlik bununla bağlı elan verib.

Belə ki, səfirlik səriştəli, nüfuzlu və təcrübəli firmalara rezidensiyasının (Yusif Çəmənzəminli, 75, Nərimanov rayonu, Bakı, Azərbaycan) bağının qayğısına qalmaq üçün möhürlü tenderlər keçirmək üçün müraciət edib.
Təklif may ayının 1-dən qüvvəyə minəcək və iki il müddətində qüvvədə olacaq.

Təkliflərin təqdim olunması üçün son tarix martın 20-dir. Təkliflər martın 24-ü saat 15.00-da açılacaq.

AzNews.az