“Mən çıxıb oxuya bilmərəm”- Baloğlan Əşrəfovdan qadınlara 8 mart “hədiyyəsi

6 Mart 2017 10:45 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib. Hər bayramda analara yeni bir mahnı ifa edən sənətkar bunun səbəbini belə izah etdi:

“Yasdayam, dünyalar qədər sevdiyim şəxsi, anamı itirmişəm. İndi analara aid mahnı oxusam da, o istədiyim kimi alınmayacaq. Mən çıxıb oxuya bilmərəm.”

Baloğlan Əşrəfov anasının 40 mərasiminə kimi efirlərə çıxa bilməyəcəyini dedi: “Həyat davam edir. Bir müddət bundan öncə çox insanlardan toy dəvəti almışdım. Onların nə günahı var? Onlar da məndən inciməsinlər. Hamı istəyir ki, onun el şənliyi qaydasında və ürəyincə keçsin.”

Bir müddət əvvəl Əməkdar artist Baloğlan Əşrəfova ağır itki üz verib. Onun anası dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az