Azərbaycanda iki zəlzələ qeydə alınıb

6 Mart 2017 11:21 (UTC+04:00)

Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, saat 10:24-də Kəlbəcər ərazisində maqnitudası 3.8 olan zəlzələ qeydə alınıb. Dərinliyi 10 km olan zəlzələ hiss olunmayıb.

Bu gün yerli vaxtla saat 10:38-də Xəzər dənizində də maqnitudası 3.2 olan zəlzələ qeydə alınıb. Dərinliyi 46 km olan zəlzələ hiss olunmayıb.