Avtomobili ilə 200 metr yüksəklikdən düşdü - Sağ qaldı

6 Mart 2017 14:31 (UTC+04:00)

AzNews.az RİA Novostiyə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Rusiyanın Çelyabinsk şəhərində baş verib. “Skoda” markalı maşını idarə edən 1984-cü il təvəllüdlü qadın hələ ki naməlum səbəblərdən körpüdə hərəkət istiqamətinin hüdudlarını aşaraq yola düşüb. Avtomobil yerə enməzdən əvvəl təxminən 200 metr uçub. Maşında tək olan qadın xəstəxanaya çatdırılıb.

Şəhər səhiyyə idarəsinin rəsmi nümayəndəsi İrina Ponomaryova qadının çoxsaylı bədən xəsarətləri aldığını və hazırda əməliyyatda olduğunu bildirib.

Yerli KİV-lərin məlumatına görə, qadın hamilə olub.

Aydan