Gürcüstan qapılarını qaçqınlar üçün açmaq niyyətində deyil- Rəsmi açıqlama

6 Mart 2017 15:05 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Gürcüstanda bu məsələlər gündəlikdə dayanmır. Qarşımızda dayanan problemlərə görə bu layihənin reallaşmasını təsəvvür etmək mümkün deyil”, -deyə nazirliyin açıqlamasında bildirilir.

Ötən gün Avstriyanın xarici işlər naziri Sebastyan Kurts qaçqınların qəbulu üzrə mərkəzlərin Avropa İttifaqı ərazisindən kənarda “Misir, Gürcüstan və ya Qərbi Balkan ölkələrindən birində” açılmasının daha münasib olduğunu bildirib.

Gürcüstanın Avtriyadakı səfiri Konstantin Zaldastanişvili rəsmi Tbilisinin Vyananın qaçqınlarla bağlı mərkəzlərin açılmasına dair təşəbbüsünün nə məna verdiyini anlamaq istədiyini bəyan edib.