Hillari Klinton məğlubiyyətdən sonra ağır günlər keçirib

6 Mart 2017 15:49 (UTC+04:00)

AzNews.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, nəticələrin niyə bu formada olduğunu aydınlaşdırmaq üçün Klinton əvvəlki kimi 2016-cı il prezident seçkiləri kampaniyasının “qalıqlarını bir-bir gözdən keçirir”, onun keçmiş köməkçiləri isə xarici strateglər və məsləhətçilər ilə görüşləri davam etdirirlər.

“Nəyin yanlış getdiyi və harada yanıldığı barədə tam hesabat almaq üçün o, var gücü ilə çalışırdı”, -deyə Klintonun dostlarından biri bildirib.

Klinton tərəfdarlarının sözlərinə görə, məğlubiyyətdən sonrakı günlər onun üçün çox ağır keçib. Lakin Hillarilə danışanlar qeyd edirlər ki, o, irəliyə doğru getməyə çalışır.

“Klinton 2 ay əvvəl olduğundan daha yaxşı vəziyyətdədir”, -deyə onunla son həftələrdə görüşən etibarlı şəxs bildirib.

Məlumata görə, Hillarinin Klinton fondundan işləməyə davam edib-etməyəcəyi məlum deyil. Bəzi tərəfdarları Klintona Nyu-York meri postu uğrunda mübarizə aparmağı təklif ediblər. Lakin Klinton bunda heç də maraqlı deyil.

Aydan AXUNDOVA