Sərhəd xidməti akademiyasının rəisi intihar edib

31 Yanvar 2013 21:09 (UTC+04:00)


Respublikanın mərkəzi rabitə xidməti bildirib ki, Yesetovun cəsədi yerli vaxtla saat 20-da xidməti kabinetində güllə yarası ilə aşkarlanıb. İlkin ehtimala əsasən, o, intihar edib.
Hazırda hərbi prokurorluğun başçılığı ilə əməliyyat-axtarış qrupu olay yerində araşdırma aparır.

T.Yesetov 2009-cu ildən bu vəzifədə çalışırmış. Bu vəzifəyə təyin olunanadək o, Qazaxıstan bölgələrindən birində sərhəd xidməti idarəsinə başçılıq edib.