“Türkiyəylə Almaniya arasındakı münasibətlər çox gərgindir”- Almaniya Xarici İşlər Naziri

6 Mart 2017 15:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Almaniya XİN rəhbəri Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin toplantısında bəyan edib. Onun sözlərinə görə, hazırda qarşıdakı məqsəd gərginləşən bu münasibətləri normallaşdırmaqdır.

Xatırladaq ki, rəsmi Berlin və Ankara arasındakı münasibətlər türk əsilli alman jurnalisti Dəniz Yücelin İstanbulda həbs edilməsindən sonra pozulub. Jurnalist terrorizmi yaymaqda ittiham edilir. Almaniya kansleri Angela Merkel rəsmi Ankaradan Yüceli təcili azad etməyi və KİV-nin azadlığını təmin etməyi tələb edib. Ötən bazar günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyanın hazırki siyəsətinin “keçmişdə nasistlərin hərəkətlərinə” bənzədib. Bu da Almaniya hakimiyyətinin ciddi narazılığına səbəb olub.

Qeyd edək ki, bir müddət əvvəl Haqqenau şəhərinin meri konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək referendumun təşviqat kampaniyası çərçivəsində Türkiyənin ədliyyə naziri Bekir Bozdağın iştirak edəcəyi mitinqin keçirilməsinə icazə verməmişdi. Bundan sonra Bekir Bozdağ almaniyalı həmkarı ilə görüşdən imtina edərək ölkəni tərk etmişdi.