Mingəçevirdə bina uçdu: 4 nəfər dağıntılar altında qaldı

31 Yanvar 2013 21:40 (UTC+04:00)


Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.

El TV-nin yaydığı məlumata görə, "Azərkabel" zavodunun ərazisində köhnə tikililərin uçurulması zamanı 4 nəfər dağıntılar altında qalıb.

Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.