İslam Hüseynov Ümumrusiya Azərbaycanlıları Konqresindən xaric edildi

6 Mart 2017 19:26 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, ÜAK-ın Nizamnaməsinə görə, cinayət məsuliyyəti olan insanlar təşkilatın üzvü ola biməzlər. Bunu rəhbər tutaraq, İslam Hüseynov və Rəsul Əkbərov təşkilatın sıralarından xaric ediliblər.

İslam Hüseynov əvvəllər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə (külli miqdarda dələduzluq etmək) cinayət məsuliyyətinə cəlb olunub.

Rəsul Əkbərov isə 2 cinayətdə təqsirli bilinib – 119-cu maddənin 1-ci hisəsi (ölümlə hədələmə və sağlamlığa ağır zərər vurma) və 115-ci maddənin 2-ci hissəsinin “v” bəndi (bilərəkdən sağlamlığa yüngül zərər vurma) ilə mühakimə olunub.

ÜAK Mərkəzi Şurasının Rəyasət Heyyətinin qərarları haqqında məlumatlar regional hakimiyyət orqanlarına göndəriləcək.