ATV yayımı bərpa edildi - Yenilənib

6 Mart 2017 19:56 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Telekanalın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.

“30-40 dəqiqə ərzində problemin aradan qaldırılacağını və yayımların bərpa olunacağını gözləyirik”.

Qeyd edək ki, “Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında bir saat əvvəl problem yaranıb.