AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin, aktyorun yerinə mükafatı götürməyə özü yox, oxşarı çıxıb.
Bu zarafatı məşhur alman komiklər Yoahim Vinterşeyd və Klaas Hoyfer təşkil edib. Onlar yalançı agentlik yaradaraq, tədbirin təşkilatçılarına Qoslinqin tədbirə gələcəyini bildriblər. Komiklər təşkilatçıları inandıra biliblər ki, aktyor qırmızı xalçadan keçməyəcək və zalda əyləşməkdən imtina edəcək. Çünki, sosial narahatlıqdan əziyyət çəkir.
Tədbirin aparıcısı Rayan Qoslinqi səhnəyə dəvət edib. Onun yerinə Münhendən olan aşpaz Lüdviq Lener çıxıb. O, mükafatı komiklərə həsr edib və tezliklə səhnəni tərk edib.
Rayan Qoslinqin oxşarını görə Nikol Kidman və Kollin Farrell təəccübləniblər. Daha sonra aparıcı zarafata görə üzr istəməli olub.