Cavid Qurbanov Əkrəm Əylislini “Akop” adlandırdı - QALMAQAL

1 Fevral 2013 11:21 (UTC+04:00)
"Mənim də nəslim yaradıcılıqla məşğul olub. Buna görə də yaradıcı insanlara qarşı çıxmaram. Quranda da qələm müqəddəs hesab olunur. Atalar deyib, gedər qılınc yarası sağalar, qələm yarası yox"

Bunu jurnalistlərə "Azəryolservis" ASC-nin sədri, millət vəkili Cavid Qurbanov Əkrəm Əylislinin "Daş yuxular" əsərinə münasibət bildirərkən deyib. C.Qurbanov qeyd edib ki, böhtan şər yazmaq kişiyə yaraşmaz: "Sizin xoşunuza gəlirmi Əkrəm Əylislinin yazdıqları? Kəndimizdən 48 adam, ailəmdən 16 nəfəri ermənilər qətlə yetirib. Bunu necə qəbul edə bilərəm. Erməni üçün deyilsəydi, onu öz meydanlarında yandırmışdılar. İndi onu müdafiə edirlər. O, ermənidir. Onun adı Akopdur".

İlkin
AzNews.az