Milli Məclis yaz sessiyasına başlayıb

1 Fevral 2013 11:24 (UTC+04:00)



Sessiyanın ilk plenar iclası Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılıb.

İclasda açılış nitqi söyləyən spiker Oqtay Əsədov AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbul olunmaması barədə danışıb, bunu Azərbaycan dövlətinin və xalqının qələbəsi olduğunu bildirib: "Anti Azərbaycan qüvvələrinin niyyəti həyata keçmədi. İlham Əliyevin apardığı uğurlu siyasət qalıb gəldi".

O. Əsədov yaz sessiyasının iş planından danışıb. Spiker sessiya çərçivəsində bir sıra qanunların müzakirəsi ilə yanaşı, Hökumətin hesabatının, 2012-ci il büdcəsinin icra vəziyyətinin, Hesablama Palatasının, Ombudsman və bələdiyyələrlə bağlı ilik hesabatın müzakirəyə çıxarılacağını deyib.

Qeyd edək ki, bugünkü iclasının gündəliyində 12 məsələ var.