Dima Bilan imicini dəyişdi - Foto

11 Mart 2017 14:30 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, saçlarını keçəl qırxdırıb. Bu barədə özü instaqram hesabında məlumat verərək şəkil yerləşdirib. Müğəninin fanatları isə bunu maraq içində qarşılayıblar. Bəziləri hətta bundan narahat olmağa başlayıb. Çünki, onun bu hərəkətini çoxu 35 yaşlı müğəninin səhhəti ilə əlaqələndiriblər.

Dima Bilan bir müddət bundan əvvəl səhhətində problemlərin yarandığı barədə mətbuata açıqlamalar vermişdi. Bu da onu sevənlərdə onun sağlamlığı ilə bağlı şübhələr yaradıb. Lakin müğənni bu sulları cavablandırarkən pəhriz saxladığını qeyd etmişdi. İndiki vəziyyətdə isə o bununla bağlı heç bir açıqlama verməyib.